Nazir buraxılış və qəbul imtahanlarını birləşdirir

img

16-10-2014 [14:49]


Bu tədris ilindən bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, nazirlik tərəfindən təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparılır.

Qısa müddət ərzində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahan bazası üzərində həmin imtahanların keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb: "Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında məsləhətləşmələr aparılır. Məsləhətləşmələr artıq sona çatdırılır. Artıq bu tədris ilində biz bu sahədə də yenilikləri tətbiq edə biləcəyik. Bu yeniliklər həm orta ixtisas təhsili müəssisələrini, həm yaradıcılıq ali təhsil müəssisələrini, həm də digər bəzi təhsil müəssisələrini əhatə edəcək. Bu tədris ilindən başlayaraq imtahanlar həmin müəssisələri əhatə edəcək. Güman edirik ki, yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Artıq bir ay ərzində şagirdlərin 2 ayrı-ayrı buraxılış və qəbul imtahanlarına cəlb edilməsinə ehtiyac olmayacaq. Bu islahat ardıcıl olaraq həyata keçiriləcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA