Füzulidə məcburi köçkün uşağına 10 aydır “çörək pulu” ala bilmir

img

16-10-2014 [12:05]


Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması daim döxlətin diqqət mərkəzindədir. Doğma ocaqlarından didərgin salılanların sosial müdafiəsinin gücləndirliməsi üşün ölkə başçısı vaxtaşırı səsrəncamlar imzalayır və bu istiqamətdə  müxtəlif qərarlar qəbul olunur. Bu qəbildən olan insanlar üçün rahat və hər cür şəraiti olan mənzillər tikilir və yardımlar edilir. 

Məcburu köçkünlərin ailə üzvlərinin hər birinə verilən "çörək pulu” onların tələbatlarının qismən də olsa, ödənilməsində böyük rol oynayır. Lakin bəzi məmurlar öz vəzifələrindən sui istifadə edərək və ya maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tutaraq belə yardımların məcburi köçkünlərə vaxtında verilməsinə süni əngəllər törədirlər. Belələri sanki unudurlar ki, 18 manat 15 qəpik həcmində olan bu "çörək  pulu” bəzi ailələr üçün çox böyük puldur. Bunu dərk etmək istəməyən məmurlardan biri də Füzuli Rayon İcra Hakimiyyitinin Yuxarı Yağlıvənd kənd ərazi nümayəndəsi Xanoğlan (familiyasını dəqiqləşdirə bilmədik) müəllimdir. 

Füzuli  rayonunun Aranqala ərazisində  məcburi köçkünlər üçün salınmış 11-ci qəsəbə 199 nömrəli  evdə yaşayan Bağırova Banuçiçək Üzeyir qızı da belə bir haqsızlığın, ədalətsizliyin qurbanı olub. O, 10 ay  bundan əvvəl dünyaya gəlmiş oğluna "çörək pulu” ala bilmir. Hər dəfə Yuxarı Yağlıvənd kənd ərazi nümayəndəsi Xanoğlan müəllimə müraciət edəndə və uşağın doğum haqqında şəhadətnaməsini təqdim edəndə icra nümayəndəsi də cavabında deyir ki, Dövlətqaçqınkom daha "çörək pulu” vermir. Görünür Xanoğlan müəllim unudur ki, bu pul heç kimin şəxsi hesabından və cibindən getmir. Həmin pul dövlət başçısının sərəncamı ilə dövlət büdcəsindən ayrılır. Görəsən niyə Xanoğlan müəllim həmin yardımın verilməsinə süni əngəllər yaradır? Görünür özünün maddi maraqları təmin olunmadığına görə. 

Son vaxtlar isə Xanoğlan müəllim Banuçiçək Bağırovadan "lazımi sənədlər” gətirməyi tələb edib. Nədir bu "lazımi sənədlər”? İcra nümayəndəsi deyib ki, get uşağın ana babasının hərbi bilietini , doğum haqqında şəhadətnaməsini və şəxsiyyət vəsiqəsini gətir. İcra nümayəndəsinə dəfələrlə bildirilib ki, uşağın ana babası 23 il bundan əvvəl Rusiyanın hansısa şəhərinə gedib. 23 ildir onun öldüsü və ya salamat qalması barədə heç bir məlumat yoxdur. Biz indi onun hərbi biletini və digər sənədlərini haradan tapaq? Xanoğlan müəllim də deyir ki, bu sənədlər olmasa, bir də məni narahat etməyin. 

Təəccüblüdür, yeni doğulan uşağa doğum haqqında şəhadətnamə verilib və demək, bu uşaq Füzuli rayon əhalisi sırasında qeydiyyata alınıb. Bəs niyə ona "çörək pulu” verilməməlidir? Uşağın ana babasının "lazımi sənədlər”i nə üçün tələb olunur? Görəsən Xanoğlan müəllimin özü lazım olarsa, babasınıln hərbi biletini tapa bilərmi?

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA