Məhkəmə icra başçısı barədə qərar verdi

img

16-10-2014 [11:59]


Oktyabrın 2-də həbs edilmiş Dərbənd rayon administrasiyasının sədri, Dağıstanın Azərbaycan diasporunun lideri Qurban Qurbanov barəsində məhkəmə qərar çıxarıb.

Məhkəmənin qərarına əsasən, hakimiyyətdən sui-istifadə etməkdə şübhəli bilinən Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov vəzifəsindən azad edilib.

Mahaçqala Sovet Rayon Məhkəməsi tədqiqatçıların xahişini təmin edərək, onu icra başçısını vəzifədən uzaqlaşdırıb.

Qeyd edək ki, Qurban Qurbanov icra başçısı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İddia olunur ki, Q.Qurbanov 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib.

Qurban Qurbanov iki gün öncə ev dustaqlığına buraxılıb.(axar.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA