16-10-2014 [11:43]
«Vətənini, torpağını, xalqını sevən hər bir Azərbaycan vətəndaşından, vicdanlı insanlardan mənə yaxından kömək etməyi xahiş edirəm».
Bu sözlər2- ci qrup Qarabağ Müharibəsi əlili Həşimov Eldəniz Yaşar oğlu tərəfindən Mia.az-ın elektron poçtuna daxil olan məktubda yer alıb. Qarabağ əlili bildirir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, əlil olub. Ancaq məmurlar ona zülm verirlər: «Qarabağ uğurunda döyüşməyimlə fəxr edirəm, qürur duyuram. Vətənimə, elimə-obama canım qurban. Ancaq vətənin torpaqlarının azadlığını yox, başqasının qanunu torpağını satıb mənimsəməyi düşünən bəzi saxtakar vəzifəli şəxslər var ki, 1 ildir mənə zülm verirlər. Belə ki, Bakı şəhəri Binəqədi bələdiyyəsindən 20 sentyabr 2007-ci il tarixdə 561 saylı qərarlaa 600 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi aldım. Həmin torpaq sahəmin təxminən 50 metrliyində möhtəşəm villalar var ki, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçir. Həmin villaların sahbləri küllü miqdarda pul verib elektrik xəttinin yerini dəyişdirtdirərək, 50 metr qarşı tərəfə, yəni mənim torpaq sahəmin üzərinə yerləşdirdilər. Sizə təqdim etdiyim fotolarda tam aydın görünür ki, yüksək gərginlikli elektirik xəttinin əvvəlki yeri, yerdəyişmə vaxtı (yerə aşırdılmış böyük elektirik dirəyi) mənə məxsus torpağın üzərindəki hazırki şəkildir. Bütün bu proseslərin fotosunu çəkmişik. Bunu əsas gətirən Binəqədi bələdiyyəsi mənə verilmiş torpaq sahəsinin qanunsuz olduğunu bildirir. Buna görə də mən torpağıma reyestr çıxarışı ala bilmirəm, üzərində tikinti apara bilmirəm. Bundan əlavə, mənə bunun əvəzində başqa yaxın ərazidən torpaq sahəsi verilmir. Düz bir ildir ki, süründürməçiliyə məruz qalmışam. Qəbullara getmişəm, ancaq tədbir görülməyib. Deməli kimin pulu-imkanı varsa, başqasının haqqına girib, istədiyini edə bilər?
Mən torpaq - vətən uğrunda döyüşəndə həmin villa sahibləri, saxtakar bələdiyyə sədri harada idilər? Artıq cana doyub-bezmişəm. Belə olur ki, Qarabağ Müharibəsi əlilləri intihara əl atırlar. Saxtakar,rüşvətxor məmurlar qanunsuz, özbaşına əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar. Mən bu rüşvətxor, saxtakar vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, cənab Ramiz Mehdiyevə, Baş Prokuror cənab Zakir Qaralova, Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova, bələdiyyələrlə iş şöbəsinin rəisi cənab Mehdi Səlimzadəyə, Ombudsman xanım Elmira Süleymanovaya, Binəqədi rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova, Binəqədi rayon Prokuroruna və sairə aidiyyatı orqanlara ərizə ilə müraciət göndərib, mənə kömək etmələrini xahiş etmişəm. Əgər mənim qanunu torpağım özümə qaytarılmasa və yaxud eyni ölçüdə mənə başqa ərazidən torpaq sahəsi verilməzsə mən özümü yandırıb intihar edəcəyəm. Qaradan artıq rəng olmaz.Məni mənfur erməni gülləsi öldürmədi, ancaq bu korrupsioner vəzifəli şəxslərin qanunsuz əməlləri öldürəcək..».
Qeyd edək ki, Qarabağ əlili bütün foto-faktları da Mia.az-a göndərib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi