İlham Əliyev tacik həmkarı ilə görüşdü, bəyannamə qəbul olundu - Yenilənib

img

16-10-2014 [11:15]


Azərbaycan və Tacikistan prezidentlərinin görüşü başlayıb.

ANS PRESS-in məlumatına görə, görüşdə Emomali Rahmon qeyd edib ki, İlham Əliyevin səfəri Düşənbə və Bakı arasında qarşılıqlı əməkdaşlıqda yeni səhifə açacaq. Prezident bildirib ki, tərəflər dost münasibətlərin möhkəmləndirilməsi və hərtərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməlidir. 

Görüş bağlı qapılar arxasında davam edir.

Qeyd edək ki, prezidentlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin geniştərkibli görüşü baş tutacaq. Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşlər zamanı bir sıra sahələri əhatə edən 10 sənədin imzalanması gözlənilir.

***
Tacikistan və Azərbaycan prezidentləri Düşənbədə danışıqların yekunu olaraq birgə bəyannamə imzalayıblar.

ANS PRESS-in məlumatına görə, bəyannamədə 16 maddə öz əksini tapıb. Bunlar arasında iki ölkə arasında qarşılıqlı əlaqələr, iqtisadi münasibətlər və s. məsələlər qeyd edilib. 

Bəyannamədə iki ölkə arasında ənənəvi dost münasibətlərinin möhkəmləndirilməsi öz əksini tapıb.

Azərbaycan və Tacikistan arasında həmçinin, sənədlər paketi də imzalanıb. 

İki dövlətin başçılarının iştirakı ilə üç hökumətlərarası razılaşma imzalanıb. Həmçinin səhiyyə, bitkilərin, mülki müdafiənin, Fövqəladə halların qarşısının alınması sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb. 

Eyni zamanda, Tacikistan Elmlər Akademiyası və Azərbaycanın Milli Elmlər Akademiyası arasında Anlaşma Memarandumu imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA