15-10-2014 [20:29]
Bu il Gədəbəy rayonunda əsaslı yenidən qurma işlərinin aparıldığı deyilir. Rayon icra hakimiyyətinin məlumatına görə, ən böyük layihələrdən biri inşasına 2 il əvvəl başlanmış Gədəbəy-Novosaratovka- Qaravəlilər avtomobil yolunun çəkilişidir.
Hazırda isə şəhər daxilində əksər yerlərdə söküntülər aparılır.
Addımbaşı traktor və bulduzerlər gözə dəyir. Ancaq bütün bunlar heç də bəzi sahibkarların ürəyincə deyil. 2-ci qrup müharibə əlli, sahibkar Əli Adıgözəlov deyir ki, bulduzerlərə onun obyekti də tuş gəlib. Sahibkarın sözlərinə görə, heç bir məhkəmə qərarı qüvvədə olmadan onun illərdir icarəyə götürüb işlətdiyi avtomobil yuma məntəqəsini söküblər. İndi də yanacaqdoldurma məntəqəsini sökmək istəyirlər.
"ƏVVƏL BAYRAQ MEYDANI BƏHANƏSİ, SONRA YOL, SONRA DA PİONER EVİ...”
"Bu obyekti icarəyə götürmüşəm, 3 illik. İş məhkəmədədir. Birinci dedilər burda bayraq meydanı tikiləcək. Sonra dedilər yol genişlənir.
Hamısı yalan çıxdı. İndi deyirlər qabaqda pionerlər evi var, onlara mane oluruq. Onlar bizdən neçə metr uzaqdadırlar. Mən də Bakıda olanda gəlib tikililərimi söküblər. Kompressorumuzu qırıblar. Hardasa 5-6 min manatlıq ziyan veriblər ”.
Əli Adıgözəlovun sözlərinə görə, Gəncədə Regional İnzibati İqtisad məhkəməsi qərar verib ki, qanuni sənədlərlə fəaliyyət göstərən obyekt sahibkara məxsusdur və sökülməsi qadağandır. Lakin sonra Apelyasiya məhkəməsi Gədəbəy rayon icra hakimiyyətinin iddiasını təmin edib:
"GÖZLƏMİRLƏR Kİ, MƏHKƏMƏ BAŞA ÇATSIN...”
"İşimiz məhkəmədədir. İqtisad məhkəməsi bizim xeyrimizə qərar çıxarıb, apelyasiya isə icra hakimiyyətinin xeyrinə qərar verdi. İndi biz ali məhkəməyə şikayəti vermişik. Gözləmirlər ki, məhkəmə başa çatsın, sonra nə qərar olar, onu da icra edərlər”.
Hüquqşünas Aftandil Zeynalov da deyir ki, Gədəbəy rayon icra hakimiyyəti qanunsuz olaraq zor tətbiq etməklə həmin obyekti sökməyə cəhd göstərir. Hüquqşünas bildirir ki, apelyasiya məhkəməsinin qərarı icraçılara təqdim edilməyib:
"GƏDƏBƏY RAYON İCRA HAKİMİYYƏTİ ÖZBAŞINALIQ EDİR”
"İnzibati iqtisad məhkəməsində mübahisəyə baxılıb və qərara alınıb ki, yanacaqdoldurma məntəqəsi yerində qalıb, fəaliyyətini davam etdirməlidir. Sonrakı apelyasiya məhkəməsində isə qərar verilib ki, stansiya başqa yerə köçürülsün. Bu qərardan da Ali məhkəməyə şikayət verilib. Hələ ki proses gedir və sökülməsi üçün atılan addımlar qanunsuzdur. Gədəbəy rayon İcra hakimiyyəti özbaşınalıq edir.
Gözlənilməlidir ki, ali məhkəmə nə qərar verər o da olar. Məhkəmə qətnaməsi də qüvvəyə minməyib, icraçı bura gəlməyib. Polislər gəlib sökmək istəyirlər, qeyri qanuni təzyiq vasitəsi ilə”.
Məhkəmə icraçısı Məhərrəm Bağırov da AzadlıqRadiosuna deyib ki, qərar qüvvəyə minməyib və icra sənədləri onlara təqdim edilməyib. O ki qaldı söküntülərə icraçı deyir ki, orada onun heç bir iştirakı yoxdur.
SAHİBKAR TORPAQ YOX KOMPENSASİYA İSTƏYİR...
Sahibkar Əli Adıgözəlov bildirir ki, icra hakimiyyətindən ona kənar bir ərazidə yanacaqdoldurma məntəqəsi işlətmək üçün yer ayıracaqlarını deyiblər. Lakin kompensasiya verilməsindən söhbət belə getmir. Bu səbəbdən də sahibkar əmlakının əlindən alınması ilə razılaşmaq istəmir.
Biz ərazidə olarkən icra hakimiyyətinin nümayəndələri də ora gəldi.
Onlar çəkiliş aparmağımıza etiraz edərək sahibkar Əli Adıgözəlovu hədələdilər.
Sahibkar Əli Adıgözəlov deyir ki, onun yanacaqdoldurma məntəqəsi ilə paralel küçədə yerləşən bank və vergilər idarəsinə bitişik də yanacaqdoldurma məntəqəsi var. Əgər əhali üçün təhlükədən söz gedirsə ilk olaraq həmin məntəqələr sökülməlidir.
MƏMURLAR YANACAQDOLDURMA MƏNTƏQƏSINDƏN DANIŞMAQ İSTƏMİRLƏR...
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev isə deyir ki, abadlıq işləri ilə bağlı şəhərdə söküntülər var. Ancaq konkret yanacaqdoldurma məntəqəsi ilə bağlı şəhərin baş memarı ilə danışmağımızı məsləhət görür.
Dəfələrlə cəhd göstərsək də nəhayət bir dəfə Gədəbəy rayon İcra Hakimiyyətinin Baş memarı Elxan Vəliyevlə danışa bildik. Ancaq o da bu mövzuda suallarımıza cavab vermək istəmədiyini bildirdi.
Sahibkar Əli Adıgözəlov isə ümid edir ki, bu ölkədə kimsə onun şikayətini eşidəcək...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi