Sürücülərin nəzərinə- Yeni radarların yeri

img

15-10-2014 [18:21]


Ötən həftə Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yeni "ağıllı” radarlar quraşdırılıb.

MİA day.az saytına istinadən xəbər verir ki, bu radarlar təkcə gələn maşınların deyil, həm də gedən maşınların sürətlərini ölçür. Adətən sürücülər radarı keçdikdən sonra sürət həddini artırırlar. Bu radarlar isə 200-300 metr məsafədən həm gələn, həm də gedən maşınların sürətini ölçə bilir. Ekranlı radar həm foto, həm də video çəkir. Beləliklə, yeni qurğu qayda pozuntularına qarşı təkzibolunmaz dəlillər ortaya qoyur.

Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, yeni radarlar test rejimində çalışır. Onlar yalnız magistral yollarda quraşdırılacaq. Misal üçün, aeroport yolunda, Bakı dairəvi yolunda, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Astara yollarında...



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA