Abbasov azərbaycanlıları Millətlər evinə yığır – Səbəb

img

15-10-2014 [16:40]


Oktyabrın 17-də Moskvanın Novaya Basmannaya küçəsi-13 ünvanında yerləşən Millətlər evində "Azerros”un fövqəladə yığıncağı keçiriləcək.

Bu barədə axar.az-a "Azerros”dakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, tədbir saat 14-də başlayacaq, axşam saat 20-dək davam edəcək.

Toplantıya "Azerros”un Rusiyanın bütün bölgələrində fəaliyyət göstərən qurum liderləri dəvətlidirlər. Bundan başqa, toplantıya Bakıdan da qonaqlar qatılacaq.

Tədbirə sədrliyi "Azerros”un Ağsaqqallar Şurasının sədri Abbas Ababsov və qurumun Şura sədri Mehriban Sadıqova edəcək.

Toplanıtıda ilin sonunadək "Azerros”un Rusiyanın bütün federal subyektlərdə yerli təşkilatının qurulması, nizamlı şəkildə üzvlük haqlarının yığılması, bir sözlə, total şəkildə təşkilatlanma barədə müzakirələr aparılacaq.

Mənbə onu da deyir ki, "Azerros”un yerli qurum sədrləri ilə Abbas Ababsovun təkbətək görüşü də keçiriləcək. Onların hər birinə ayrıca təlimatlar veriləcək. Amma bu təlimatların nədən ibarət olduğu bəlli deyil.

- See more at: http://axar.az/news/32086#sthash.i48SbEyk.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA