İlham Rəhimovun obyektində faciə: 8 nəfər yaralandı, azərbaycanlı öldü

img

15-10-2014 [16:39]


Bu gün səhər saatlarında Moskvadakı "MoskvaSiti” ofis mərkəzinin tikintisində faciə baş verib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, binanın 10-cü mərtəbəsində tikinti materiallarını və fəhlələri qaldırmaq üçün istifadə olunan "səbətin” trosu qırılıb və 8 fəhlə aşağı yıxılıb. Yıxılanların 7-si ağır bədən xəsarətləri alıb, biri isə ölüb.

Moskva hüquq-mühafizə orqanlarından isə bildirilib ki, qəzaya səbəb olan "səbət” fəhlələrin yuxarı mərtəbələrə qaldırılması üçün nəzərdə tutulmayıb və yalnız tikinti materiallarını qaldırmaq üçün idi.

Əvvəlcə xəsarət alanların sayının 7 nəfər olduğu açıqlanıb. Lakin hadisə yerinə gələn polislər bir fəhlənin cəsədini aşkar ediblər. Maraqlıdır ki, qalan fəhlələr ölən şəxsin cəsədini gizlətməyə çalışıblar və polislər cəsədi məişət tullantılarının yığıldığı qapalı yerdə aşkar ediblər.

Cəsədin gizlədilməsinin səbəbi aydın deyil, lakin istisna deyil ki, podratçı şirkət bununla ölüm faktını gizlətməyə çalışıb.

Bundan əlavə tikintini həyata keçirən Türkiyə şirkəti "Ant Yapı”nın bu cür tikinti aparmaq üçün sənədlərinin qaydasında olmadığı məlum olub.

Yıxılan və ağır yaralanan fəhlələrin Özbəkistan vətəndaşları olduğu bildirilir. Ölən fəhlə isə Azərbaycan vətəndaşıdır. Lakin bəzi məlumatlara görə, yaralıların da çoxu azərbaycanlıdır.

Moskva polisinin mətbuat xidmətinin məlumatına görə, hadisə səhər saat 6 radələrində baş verib.

Faktla bağlı "Mosqosstroynadzor” bütün tikinti sahəsində işi dayandırıb və yoxlamalara başlayıb. Yaralananların hamısının Özbəkistan vətəndaşları olduğu dəqiqləşib, tikintiyə türkiyəli mühəndis başçılıq edirdi.

Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırma başladıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA