"Məişət zorakılığına yox, erkən nikaha son" - Birlik İsmayıllıda tədbir keçirib

img

15-10-2014 [12:07]


Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi - GMKİB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun təşkil etdiyi V qrant müsabiqəsinin qalibi olduğu "Məişət zorakılığına yox, erkən nikaha son" layihəsi istiqamətində işlər davam edir. 

Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində dünən İsmayıllı rayonunda layihənin bağlaniş tədbiri keçiriliib: "Tədbirdə "GMK” İB-nin İsmayıllı rayon nümayəndəsi Tərlan Mürsəlov tədbirin açlış nitqi ilə çıxış edib. Tərlan bəy hal-hazırda müstəqil Azərbaycanımızda gənclər üçün yaradılan bu cür gözəl şəraitə görə ölkə başçısı cənab Prezdentimiz İlham Əliyevə minnətdarlığını bildirib. Eyni zamanda, bu təlimin həyata keçirilməsi üçün şərait yaradan Gənclər Fonduna və İsmayılli rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlığını ifadə edib. Daha sonra isə layihənin məzmunu və əsas məqsədi haqqında təlim iştirakçılarına və İsmayıllı rayon icra hakimiyyəti nümayəndilərinə geniş məlumat verib”. 

Təşkilatın nümayəndəsinin açlış nitqindən sonra layihə çərçıvəsində iştirakçılara "Məişət zorakılığına yox, erkən nikaha son" mövzusunda təlim keçirilib. 

Təlimin sonunda təlimin fəal iştirakçıları sertifikatla mükafatlandırılıb. Bununla yanaşı, layihə çərçıvəsində gənclərə buklet, kitab, köynəklər paylandı. Eyni zamanda, layihə çərçıvəsində lahiyənin təlimçisi Əbdül Məhərrəm Məhərrəmov, TUDIFAK-in tələbəsi Tural Məmmədli də layihənin İsmayıllı rayonunda təşkilində fəal iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA