Elmar Vəliyev yeni icra başçısını təqdim edib - FOTO

img

14-10-2014 [20:09]


Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin yeni başçısı Nizami Hacıyev ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimi Gəncə Şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

E.Vəliyev bildirib ki, bir neçə il ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışan, daha sonra şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunan N.Hacıyev ölkə rəhbərinin 13 oktyabr, 2014-cü il sərəncamına əsasən Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, N.Hacıyevi ictimaiyyətə təqdim edərək ona uğurlar arzulayıb.

N.Hacıyev çıxış edərək ona göstərilən etimada görə ölkə rəhbərinə minnətdarlığını bildirib. O, yeni təyin edildiyi vəzifəyə layiq olacağına söz verib ("Trend").

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA