14-10-2014 [15:32]
Sabunçunun icra başçısı və başçının Balaxanı üzrə nümayəndəliyinin sözügedən qəsəbədə Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin hasarlanmasının yaratdığı kəskin etiraz diqqəti bu rayonda baş verən qeyri-qanuni hadisələrə yönəldib.
Məlumat üçün qeyd edək ki, icra başçısı Adil Vəliyevin göstərişi ilə Balaxanı qəsəbə nümayəndəliyi qəsəbədə yerləşən şəhidlər abidəsini və ərazisini hasara almaq istəyiblər. Lakin ərazidə şəhidlərin qohum və yaxınları ilə məmurlar və polislər arasında qarşıdurma da yaşanıb. Və camaat bu qanunsuzluğu özləri etiraz edərək aradan qaldırıb. Camaat məmurların çəkdirdiyi hasarı söküblər.
Mia.az-ın məlumatına görə, iki gün bundan əvvəl baş verən bu hadisə ilə bağlı qəsəbədə hələ də gərginlik davam edir. Artıq Prezident Administrasiyası tərəfindən də hadisə ciddi nəzarətə götürülüb. Bu isə icra başçısı Adil Vəliyevin bərk əndişəsinə səbəb olub.
Məlumata görə, Adil Vəliyevin rayonu biznesmen kimi idarə etməsi hakim dairələrin kəskin narazılığı ilə müşahidə olunur: «Adil Vəliyev biznesdən icra başçısı vəzifəsinə yüksəldiyindən bir çox məsələlərin həllini də biznesmen təfəkkürü ilə həll etməyə cəhd edir. Bu isə zaman-zaman rayondakı narazılığı alovlandırır. Elə bir neçə ay əvvəl başçının bir neçə müavini və bəzi şöbə müdirlərinin vəzifələrindən azad edilməsi də biznesmen təfəkküründən doğan olay idi. Belə ki, icra başçısı rayon ərazisində qanunsuz tiklilərin geniş vüsət almasının əsas səbəbini müavinləri ilə yanaşı, bəzi şöbə müdirlərinin üzərinə ataraq vəziyyətdən çıxdı. Amma bu o demək deyil ki, Adil Vəliyevin üzərindəki «kölgə» bununla çəkildi».
Məlumata görə, Adil Vəliyevin ayrı-ayrı sahibkarlar və fiziki şəxslərə qanunsuz tiklilər üçün yaratdığı şərait bəzi dövlət qurumlarının da kəskin narazılığına səbəb olub: «Artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən tutmuş Əmlak Məsələləri Dövlət Komitəsinə qədər bir sıra dövlət təşkilatları Sabunçu İcra Hakimiyyətini qanunsuz sərəncam və hərəkətlərindən şikayətçi olublar. Özü də bu qurumlar şikayətlərini hüquqi müstəvidə də davam etdirirlər. Elə Əmlak Məsələləri Dövlət Komitəsi və Qərib Məmmədovun sədri olduğu Torpaq Komitəsinin bir neçə iş üzrə məhkəməyə üz tutmaları da dediklərimi təsdiqləyə bilər».
Müsahibimiz deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Sabunçu Rayon İcra Hakimiyyətinin bir neçə qanunsuz epizod üzrə məhkəməyə verib: «Kərəm Həsənovun rəhbəri olduğu komitə icra başçısı Adil Vəliyevin dövlət əmlakı sayılan bir neçə ərazini qanunsuz satmaqda ittiham edərək, onun verdiyi sərəncamları ləğv etdirmək istəyir. Məsələn, Komitə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Namazov Pərviz Kamal oğlunun adına verdiyi sərəncamın etibarsız hesab edilməsi məqsədiylə məhkəməyə üz tutub. Məndə olan məlumata görə, işə 2 saylı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Az öncə Bakı Apellyasiya Məhkəməsi də tərəflərin şikayətini araşdırıb. İşin bu yaxınlarda Ali Məhkəmədə araşdırılacağı haqda da xəbərlər var. Sözüm ondadır ki, icra başçısının narazılıq yaradan belə sərəncamları az deyil”.
Mənbə deyir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəhbərliyi də bir neçə qanunsuzluqla bağlı məhkəmələrə müraciət edib: «Bütün bunlar isə Adil Vəliyevin rayonu necə idarəetməsinə aydınlıq gətirə bilər».
Sonda isə Bakının rayonları arasında Prezident
Administrasiyasına ən çox şikayət olunan rayonun da Sabunçu olduğunu olduğu qeyd olunaraq, bunun ona müsbət rəy vəd etmədiyini bildirilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi