İlham Əliyev səfərə gedir

img

14-10-2014 [15:08]


Azərbaycan prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edəcək.

Bu barədə Tacikistan mətbuatı məlumat yayıb. Ölkə başçısı 15-16 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə rəsmi görüşlər keçirəcək. 

İlham Əliyev Tacikistan dövlət başçısı İmamali Rəhman və ölkənin digər yüksək vəzifəli səlahiyyətliləri ilə bir araya gələcək. 

Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə ediləcək. Səfər çərçivəsində tərəflər arasında bir sıra ikitərəfli müqavilələrin imzalanması gözlənilir(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA