İŞİD bayrağı qaldıran Qamət Süleymanovun qaynıdır

img

14-10-2014 [11:21]


Məlumatda bildirilir ki, Ramin Quliyev Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qaynıdır. Onun daim Qamət Süleymanovun yanında olduğu, ona köməklik göstərdiyi bildirilir.

Məsələ ilə bağlı AzNews.az-a danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib:

"Ramil heç vaxt mitinqlərə getmir, onun facebook dostu Ramili mitinqə dəvət edib. Mən onunla söhbət etdim. Ramil mənə bildirdi ki, o yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb”.

Qeyd edək ki, Ramil Quliyev AzNews.az-a verdiyi açıqlamasında bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Onu da bildirək ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA