13-10-2014 [22:13]
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında danışıqlar başa çatdıqdan sonra brifinq keçirilib.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, brifinqdə çıxış edən general-polkovnik Zakir Həsənov görüşdə səmərəli danışıqlar aparıldığını, beynəlxalq və regional təhlükəsizlik, habelə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib. Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunulduğunu da vurğulayan nazir bununla əlaqədar qeyd edib ki, Rusiyanın və Azərbaycanın Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub. Xəzərdə birgə komanda-qərargah təlimlərinin və taktiki təlimlərin, hərbi dəniz qüvvələri arasında əməkdaşlıqla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın Müdafiə naziri bildirib ki, danışıqlarda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. Bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin Rusiyada istehsal edilən müasir silahlar və texnika ilə təchiz olunması proqramı, habelə hərbi təhsil məsələləri uğurla həyata keçirilir. Plana uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Rusiya Müdafiə Nazirliyinin müxtəlif təhsil müəssisələrində və tədris mərkəzlərində təlimlər, Rusiyanın nümayəndələri isə Azərbaycanın hərbi profilli tədris müəssisələrində hazırlıq keçəcəklər.
General-polkovnik Z.Həsənov bildirib ki, regional təhlükəsizlik məsələlərinə də diqqət yetirilib, hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi zamanı tərəflərin bütün bu məsələlərə baxışlarının eyni olması təsdiqlənib.
Ordu generalı S.Şoyqu Rusiya nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Azərbaycan rəhbərliyinə və ölkəmizin Müdafiə Nazirliyinə təşəkkürünü bildirib.
Rusiyanın müdafiə naziri diqqətə çatdırıb ki, 2013-2016-cı illərdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi proqramının həyata keçirilməsi prioritet fəaliyyət istiqaməti sayılır.
Rusiyalı nazir deyib: "Biz Hərbi Dəniz qüvvələri xətti ilə Xəzərdə əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Burada biz Həştərxanda keçirilmiş Dördüncü Xəzər Sammitinin yekunlarına əsasən dövlətlərimizin başçılarının tapşırıqlarına ciddi əməl edir və onları yerinə yetiririk. Bu sahədə görüləsi işlər hələ çoxdur. Biz növbəti addımlar, əməkdaşlığın tənzimlənməsi, Ali Baş komandanlarımızın bizə verdikləri tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün məsələləri müzakirə etdik".
Ordu generalı S.Şoyqu daha sonra bildirib ki, həm regionda, həm də başqa ölkələrdə sabitliklə bağlı təhlükəsizlik məsələləri müzakirə edilib. Bütün bu işlər müxtəlif məsələlər və istiqamətlər üzrə qarşılıqlı fikir mübadiləsi çərçivəsində həyata keçirilir. Lakin başlıca məsələ bu regionda bizim hərbi-texniki əməkdaşlığımız və strateji tərəfdaşlığımızdır.
Rusiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, nazirliklər arasında
əməkdaşlıq planının layihəsi artıq hazırdır. Layihəyə əsasən, birgə əməliyyat
və döyüş hazırlığı, həmçinin donanmanın iştirakı, hərbi-texniki əməkdaşlıq,
hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi