Komitə sədri deputat mandatından məhrum oldu

img

13-10-2014 [16:42]



Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, IV çağırış Milli Məclisin deputatı Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirəyə çıxarıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir. M. Qurbanlı prosedura müvafiq olaraq MSK-ya müraciət edib.

MSK üzvü Akif Qurbanov bildirib ki, bununla Milli Məclisdə 5 yer boş qalacaq. O, MSK-nın bu yerlərə seçki keçirilməsi üçün təşəbbüslə çıxış etməsini zəruri sayıb.

M. Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, IV çağırış Milli Məclisin deputatı Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirəyə çıxarıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir. M. Qurbanlı prosedura müvafiq olaraq MSK-ya müraciət edib.

MSK üzvü Akif Qurbanov bildirib ki, bununla Milli Məclisdə 5 yer boş qalacaq. O, MSK-nın bu yerlərə seçki keçirilməsi üçün təşəbbüslə çıxış etməsini zəruri sayıb.

M. Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA