13-10-2014 [11:19]
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru yeni tədris ilində ali təhsil ocağına qəbul olunan birinci kurs tələbələri ilə görüşüb.
Universitetdən verilən məlumata görə, on fakültə ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verib, yeni tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb. Bildirib ki, ötən illərdən fərqli olaraq bu il ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar. Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub, ikinci ali təhsil ala bilər. Bu, tələbəyə əmək bazarında manevr etmək imkanı yaradacaq. Bununla bağlı universitetdə işçi qrup yaradılıb.
SABAH qruplarına yaradılan şərait haqda tələbələrə məlumat verən rektor bu tədris modelinin gələcəkdə bütün universitetə şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqda danışaraq bildirib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsi iləartıq tələbələrin dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlamaq, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparmaq imkanı var.
Universitet kitabxanasının təkmilləşdirilməsi haqda məlumat verən rektor qeyd edib ki, oktyabr ayının sonuna qədər elektron kitabxana layihəsi tam hazırlanaraq tələbələrin ixtiyarına veriləcək. Universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək. Tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.
Rektor birinci kurs və SABAH tələbələrinin yazılı imtahan prosesi haqda ətraflı məlumat verib. Bildirib ki, tədris edilən mövzular üzrə 25 sual I-V tədris həftələri ərzində tələbələrə təqdim olunacaq. Suallar artıq universitetin saytında yerləşdirilib. İmtahan vərəqələri şifrələnəcək və qiymətləndirmə zamanı tələbənin adı və soyadı görünməyəcək. İmtahanın obyektivliyini təmin etmək məqsədilə nəticələrin ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətində olacaq.
Görüşdə ADİU-da yeni qüvvəyə minən "Tələbələrin universitetdaxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək. Bu ildən ADİU-da idman dərslərinin ləğv olunduğunu bildirən rektor əlavə edib ki, universitetin bütün tədris korpusundakı idman zalları dərsdən sonra, bayram və istirahət günlərində tələbələrin ixtiyarındadır. Onlar asudə vaxtlarını bu zallarda keçirə bilərlər.
"Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı olsun” deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin tələbləri əsasında formalaşdığını vurğulayıb. Bildirib ki, onlar öz təklif və iradları ilə bağlı universitetdə fəaliyyət göstərən "Qaynar xətt”ə müraciət edə bilərlər.
Sentyabrın 25-dən oktyabrın 10-dək ADİU-nun bütün tədris binalarında keçirilən görüşlərdə rektor tələbələri maraqlandıran sualları cavablandırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi