YAP-dan AXCP-yə şok ittiham: “AXCP fəallarının İŞİD-in bayraqlarını qaldırılması..."

img

12-10-2014 [22:55]


Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın keçirdiyi mitinqə münasibət bildirib. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə özünün facebook hesabında yazan deputat bildirib ki, mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu:

"Hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən "siyasətçilər” kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular. Yəni, bugünki tədbiri mitinq adlandırmaq qətiyyən olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir.

Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr, "Məhsul” stadionunun onda birini dolduracaq qədərdir. Həmçinin Azərbaycan müxalifətçiləri ümumən şəxsi texnologiyanı da mənimsəmədiklərinin fərqindədirlər. "Milli Şura”nın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı. Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qalıdırılması da, istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə bloka yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından” başqa bir şey deyildi”.

YAP funksioneri aksiyada İŞİD bayraqlarını AXCP fəalları tərəfindən qaldırıldığını iddia edib: "Ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur.

"Milli Şura”nın keçiridiyi mitinqində AXCP fəalları tərəfindən "İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA