İlham Əliyev Türkiyəyə gedir

img

12-10-2014 [22:54]


Türkiyənin İsparta şəhərində keçmiş prezident Süleyman Dəmirəlin adını daşıyan muzeyin açılışı olacaq.

"Dəmirəl Külliyatı” da adlandırılan Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyinin açılışı oktyabrın 26-na planlaşdırılıb. Muzeydə S.Dəmirəlin həyatını anladan 6 milyon sənəd və əşya yer alır. Muzeyin qurulması 1994-cü ildən başlanılıb və bu günə qədər ora 40 milyon lirə xərclənib.

Muzeyin açılışına ABŞ-ın keçmiş prezideni Bill Klinton, Azərbaycan prezidenti İlham Əliyev kimi liderlərin qatılması gözlənilir. Bildirilir ki, Azərbaycan prezidenti açılışda iştirak etməyə artıq razılıq verib.

Muzeyin açılışı üçün Dəmirəl ailəsi genişmiqyaslı proqram hazırlayıb. Açılışda Türkiyənin siyasi partiya liderləri, o cümlədən Dövlət Baxçalı, Kamal Kılıcdaroğlu da iştirak edəcək(Virtualaz.org).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA