Bakıda güclü vulkan - kütlələr 200 metrə qədər uzanıb

img

12-10-2014 [16:56]


Bu gün Bakı şəhərinin ərazisində güclü vulkan püskürməsi qeydə alınıb. 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın lent.az-a verdiyi məlumata görə, hadisə saat 12:30 radələrində nazirliyin Bakı və Abşeron Yarımadası Palçıq Vulanları qrupu Dövlət Təbiət qoruğuna daxil olan Keyrəki vulkanında baş verib. Partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb. Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qrupların əməkdaşları cəmləşiblər və onlar təhlükəsizlik tədbirləri həyata keçirirlər.

Həmçinin ərazidə püskürmənin həcmi hesablanır.

Qeyd edək ki, Keyrəki vulkanında sonuncu püskürmə 2001-ci ildə baş vermişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA