Artur Rəsizadə qərar verdi, qaydalar dəyişdi - QƏRAR

img

12-10-2014 [11:22]


Nazirlər Kabineti "Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası”nı təsdiq edib. 

Nazirlər Kabinetindən bildiriblər ki, bu Qayda "Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci maddəsinə əsasən hazırlanıb və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiqaydalarını müəyyən edir.

Qaydaya əsasən ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir.

Qaydalarda qeyd edilir ki, ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtilə yerləşdirilir. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.

Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadanimtina edilir.

Razılaşdırmadan imtina edildikdə, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir(trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA