Miqrasiya problemi yaşayan əcnəbilərə şad xəbər - Dəyişiklik

img

12-10-2014 [11:07]


Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif olunur.

Milli Məclisdən Trend-ə bildiriblər ki, "Dövlət rüsumu haqqında" qanun layihəsində müvafiq dəyişiklik Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Bununla da Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsinin ləğvi təklif olunur.

Bundan başqa, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə dövlət rüsumunun ləğv edilməsi də təklif olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA