General bu rayonlarda olacaq - Qrafik

img

11-10-2014 [17:52]


Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 16-da saat 10:00-da qurumun Yevlax rayon şöbəsinin inzibati binasında (Yevlax şəhəri, K.Sabitov küçəsi, 19) Zərdab, Ucar, Ağdaş, Göyçay, Tərtər, Bərdə və Yevlax rayonlarının sakinlərini qəbul edəcək.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 15-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA