Rusiya Qarabağın qaytarılması şərtini açıqladı

img

11-10-2014 [16:46]


Rusiya parlamentinin üst qurumu olan Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov Qarabağ probleminin həll edilməsi yolunda Azərbaycan qarşına qoyulmuş əsas şərtdən danışıb. 

 İTAR-TASS-ın verdiyi məlumata görə, o, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarını verəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll edilə biləcəyini deyib: "Bu elə münaqişənin həll variantıdır. Çünki hər iki ölkə eyni iqtisadi birlikdə olacaq". 

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-də fəaliyyətə başlayır(ans).

Bu arada Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov da Azərbaycan və Ermənistanın böyük güzəştləri üçün əlverişli geosiyasi durum yarandığını deyib.  Rus politoloq Azərbaycan və Ermənistan siyasətçilərinin Qarabağı qaytarılması üzrə fəal danışıqlar aparması barədə daha əvvəl dediyi sözləri də xatırladıb və ehtimal etdiyi güzəştləri bununla bağlayıb. Onun fikrincə, güzəşt dedikdə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarması, Azərbaycan və Türkiyənin isə sərhədləri açması başa düşülməlidir. 

"Amma, mənim fikrimcə, bu müvəqqəti həlldir, çünki Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirmir. Amma bununla belə bu, müsbət danışıqlar üçün əsas yaradır”,- deyə Sergey Markov vurğulayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA