10-10-2014 [21:02]
Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinin əsasnəməsi dəyişdirilib, nazirliyin tərkibində yeni qurumlar yaradılıb.
Mia.az sərəncamı olduğu kimi təqdim edir:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılsın.
2. Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılsın.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti adlandırılsın.
4. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu” təsdiq edilsin.
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215 ştat vahidi, rayon və şəhər idarələrinin işçilərinin say həddi 780 ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26 ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi aparatının işçilərinin say həddi 7 ştat vahidi, onun tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilsin.
6. "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14
iyul tarixli 1015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, № 7, maddə 657; 2012, № 4, maddə 365, № 6, maddə
555; 2013, № 8, maddə 997) 2-ci hissəsi ləğv edilsin.
7. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
7.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət
Xidmətinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki
Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Baş Dövlət
Texniki Nəzarət Müfəttişliyinin əsasnamələrinin layihələrini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
7.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi