Azərbaycanlı alim II Rusiya konqresində!

img

10-10-2014 [17:24]


AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik M.F. Nağıyev adına Kataliz və  Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik  Dilqəm Tağıyev Rusiya  Elmlər Akademiyasının (REA)  G.K. Boreskov adına Kataliz İnstitutunun,  Samara  Dövlət Texniki, M.V. Lomonosov adına Moskva Dövlət Universitetlərinin,  REA  A.V. Topçiyev adına  Neftkimya Sintezi,  N.D. Zelinski adına Üzvi Kimya, REA Sibir Bölməsinin Karbohidrogenlərin Emalı Problemləri İnstitutlarının təşkilatçılığı  ilə 2-5 oktyabr  2014-cü il tarixində Rusiya Federasiyasının  Samara  şəhərində   keçirilən Kataliz Üzrə  II  Rusiya Konqresində (ROSKATALİZ)  iştirak edib.

İnstitutundan Mia.az-a verilən məlumata görə, katalizin müasir, qlobal və aktual problemlərinə həsr olunmuş Konqresdə akademik Dilqəm Tağıyev geniş məruzə ilə çıxış edib.

O da bildirilir ki, konqresdə dünyanın bir çox  ölkələrindən kataliz üzrə tanınmış  alimlər – V.N. Parman, S.M. Aldaşin, S.N. Xadjiyev,  L.Q. Bruk,  E.V. Fesik,  A.S. Berenblyum və elm aləmində tanınmış digər simaların iştirakı da təmin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA