Vasif Talıbov icra başçısı haqda İlham Əliyevə təqdimat yazdı, 4 müavini qovdu

img

10-10-2014 [17:00]


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iki gün əvvəl Şərur rayon İcra Hakimiyyəti Başçısının 4 müavinini vəzifələrindən qovub.

Mia.az-a rayon sakinləri tərəfindən verilən məlumata görə, Vasif Talıbov icra başçısının müavinlərini vəzifə səlahiyyətlərini aşmaqda, daha çox narazılıq yaratmaqda ittiham edib və belə bir sərt addım atıb: "Vasif Talıbov icra başçısı İbrahim Məmmədova da sərt xəbərdarlıq edib. Sadəcə, icra başçısını vəzifədən azad etmək prezidentin səlahiyyətində olduğundan Ali Məclis sədri onu uzaqlaşdıra bilməyib. Amma onun İbrahim Məmmədovun vəzifədən azad olunması haqda Prezident Administrasiyasına təqdimat verdiyi də deyilir”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA