Mehriban Əliyeva anasının məzarını ziyarət etdi - Fotolar

img

10-10-2014 [15:31]


Oktyabrın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75 illiyi münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar


Trend-in məlumatına görə, Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə güllər düzülüb.

Şərqşünas alim Vasim Məmmədəliyev Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun əsərlərinin dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalar olduğunu vurğulayıb. Qeyd edilib ki, Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq elminin tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdən biridir.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA