Şamaxı sakinləri icra başçısından kompensasiya tələb edirlər

img

10-10-2014 [12:49]



Rayon camaatı yolların bərbad vəziyyətdə olması səbəbindən avtomobillərinin sındığını deyirlər.
Şamaxı sakinləri rayonun icra başçısı Asif Ağayevdən kompensasiya tələb edirlər. Bu barədə elə bir qrup rayon camaatı məlumat verib.


Redaksiyamıza ünvanladıqları müraciətdə bildirilir ki, Şamaxının əsas aparıcı yolları təmir olunmadığından yayda tozdan, qışda isə palçıqdan keçilməz olur. «Həmin yollardan avtomobilimizlə keçərkən maşınlarımız dözməyərək sınır. Ona görə də, qərara almışıq ki, Şamaxının icra başçısı Asif Ağayevdən kompensasiya tələb edək».

Şamaxı sakinləri deyirlər ki, aldıqları əmək haqqı maşınlarını mütəmadi olaraq təmir etdirmələrinə imkan vermir. «Bizim maaşımız ancaq ailəmizi dolandırmağa bəs edir. Bunun üzərinə maşınımız bərbad yollarda xarab olduqda əlavə vəsait taaparaq, onu təmir etdirə bilmirik».

Qarşı tərəfin də mövqeyini dərc eğməyə hazırıq. (jam.az)






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA