Şəhidimiz dəfn edilir - Fotolar

img

10-10-2014 [11:49]


Ötən gün cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş 24 yaşlı Tural Əhmədovun dəfn mərasimi keçirilir.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, o cümlədən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqif Məmmədov iştirak edib.

Şəhidin təhsil aldığı 118 saylı məcburi köçkün məktəbində də vida mərasimi keçirilib. Onun cənazəsi orta məktəbə gətirilib. Şəhidlə vida mərasimində böyük izdiham yaşanır.

Qeyd edək ki, şəhid cənazə namazı qılındıqdan sonra Ağdamın Dörd yol adlanan qəsəbəsində dəfn ediləcək.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA