09-10-2014 [19:21]
"Naxçıvanda sürücülük məktəbində oxuyan qızların sayı kişilərin sayından çoxdur”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Naxçıvandan daha bir örnəklə bağlı maraqlı fakt səsləndirib:
"Bu günlərdə Naxçıvanda olarkən Muxtar Respublika ilə bağlı bir ürəkaçan rəqəmə rast gəldim. Naxçıvanda bilirsiniz ki, dini ekstremizmin kökü tamamilə kəsilib. Orda mənə bir statistika dedilər ki, sovet dönəmində Naxçıvanda orta məktəbi bitirən qızların yalnız 17 faizi orta ixtisas və ya ali məktəblərə daxil olurmuş. Hal-hazırda isə bu göstərici 61 faizə yüksəlib. Adətən uşaqların tərbiyyəsi ilə qadınlar məşğul olur. Yəni ali təhsilli qadınlar cəmiyyət üçün daha yaxşı uşaqlar tərbiyyə edə bilər. Başqa bir faktı da deyim. Naxçıvanda olarkən təhsildən söhbət düşəndə mənə dedilər ki, bilirsiniz Sədərəyin icra başçısını niyə işdən uzaqlaşdırdılar? Niyəsini soruşdum. Dedilər ki, Vasif müəllim icra başçısını yanına dəvət edərək rayon məktəblərində yuxarı sinifdəki qızların davamiyyətinin aşağı olmasının səbəbini soruşub.Yəni bəzi valideynlər yuxarı sinifdə oxuyan qızlarını dərsə buraxmırlar. İcra başçısı da cavab verib ki, elə Naxçıvanda əzəldən belə olub. Yəni icra başçısı qız uşaqlarının dərsə gəlməməsini normal qarşılayıb. Vasif Talıbov deyib ki, belə dünyagörüşlü adam icra başçısı işləyə bilməz. Nəticədə onu və rayon təhsil şöbsəinin müdirini işdən azad edib.
Qadınların avtomobil sürməsini götürək. Hələdə Bakıda bir çox kişilər qadınların maşın sürməsinə pis baxırlar. Amma bu gün Naxçıvanda sürücülük məktəbində oxuyan qızların sayı kişilərin sayından çoxdur. Yəni Naxçıvanda oğlanların oxuduğu iki qrup olduğu halda qızlar oxuyan 5 qrup var. Yəni hökumət tərəfindən bu işə təbliğ olunur ki, qadınlar cəmiyyət həyatında daha aktiv iştirak etsin. Tutaq ki, biri razıdır ki, avtobusda gedərkən hətta əxlaqsızın biri gəlib yoldaşına toxunub keçsin, o buna pis baxmır, amma qadının maşın sürməyinə pis baxır. Yavaş-yavaş bu sterotipləri dağıtmaq lazımdır. Ona görə də mən parlamentdə də dəfələrlə məsələ qaldırmışam ki, terror təşkilatlarına qoşulanların nə səbəbdən yoldan çıxarıldığını araşdırsınlar. Bəlli olur ki, İŞİD kimi terror təşkilatlarına qoşulanların 90 faizi savadsız, hətta bəziləri orta məktəb oxumamış cahil adamlardı. Belələrini insan adlandırmaq olarmı? O başkəsənlər insan cildinə girmiş vəhşilərdi. Cənub rayonlarıyla bağlı dəfələrlə parlamentdə məsələ qaldırsam da üstünə gedən yoxdur. Qızları yuxarı siniflərə qoymurlar. Valideynlər var ki, mənə deyirlər qızımı yuxarı sinifə buraxsam onu heç kim almayacaq. Bilirsiniz, bu cəmiyyətin faciəsidir. Bunun üçün ciddi və qəti tədbirlər görülməlidir. Mən bu yaxınlarda Qərb mətbuatından oxudum ki, Avstraliya kimi inkişaf etmiş ölkədə yaşayan yerli aborigenlər də qızlarını məktəbə buraxmırlar. Hökumət məcbur olub qərar qəbul edib ki, kim öz qızlarını məktəblərə buraxmasa, dövlət yardım və güzəştlərindən məhrum olunacaq. Məsələn, həmin şəxslər, yəni öz qızını məktəbə buraxmayan valideynlər dövlət qulluğunda çalışa bilməzlər. Biz də görəndə ki, bəzi şeylər təbliğatla alınmır, gərək sanksiyalar tətbiq oluna.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi