Xaricdə yaşayan azərbaycanlılara daha bir qayda tətbiq olunacaq

img

09-10-2014 [19:10]


Xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları ilə bağlı yeni şərtlər tətbiq olunur. 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə yeni maddə əlavə olunur.

Yeni 39-1.-ci maddəyə görə, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçəcək. Qeydiyyat prosesini Azərbaycanın xarici ölkələrdəki konsulları həyata keçirəcək. 

Layihə Milli Məclisin oktyabrın 17-də keçiriləcək plenar iclasına tövsiyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA