Biləsuvarda yeni ailə quran gənclər yenilik etdi, İcra Hakimiyyəti hədiyyə verdi - FOTO

img

09-10-2014 [16:34]


Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən növbəti nikah mərasimində ölkəmizdə gənc ailələrə dövlət qayğısından söhbət açılıb, yeni ailə quran gənclərə xoş arzular çatdırılıb.
Yeni ailə quran Ruslan Əliyev və Şəfəq Əhmədova yaxınları ilə birgə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkillər və eksponatlarla tanışlıqdan sora Mərkəzin foyesində nikah aktının imzalanması mərasimi olub.
Mərasimdə çıxış edənlər bəy və gəlini əlamətdar gün münasibətilə təbrik edib, onlara ailə səadəti arzulayıblar.
Bildirilib ki, ulu öndər Heydər Əliyev ailəni dövlətin vacib elementi hesab edirdi və ona görə də bu sahəyə həmişə qayğı ilə yanaşırdı.
Prezident İlham Əliyevin gənc ailələrə böyük önəm verməsini diqqətə çatdıran natiqlər bu istiqamətdə həyata keçirilən dövlət siyasəti haqqında danışıblar.
Yeni ailə quranlar və yaxınları bu günün gənclərin həyatında əlamətdar hadisə olduğunu, nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayaraq, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda ailə həyatı quran gənclərə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub(AzerTac).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA