Milli Məclisdən şok dəyişiklik; evlənənlər məcburi müayinədən keçəcək

img

09-10-2014 [16:33]



Azərbaycanda tibbi müayinədən keçilməsini təsdiqləyən arayışı təqdim etməkdən imtina edən şəxslərin nikah bağlamasına yol verilməyəcək.

Mia.az xəbər verir ki, bu haqda informasiya Milli Məclisdən Trend-ə verilib.
Xəbərdə deyilir ki, bu, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, nikah bağlamaq istəyənlər ərizə ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və onların tibbi müayinədən kecdiklərini təsdiq edən arayışı da təqdim etməlidirlər.

Layihəyə əsasən, nikaha girən şəxslər yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bundan sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir. Müayinənin nəticələri həkim sirridir. Müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA