Başçı ilə idarə müdiri arasında ərazi üstə dava düşdü, nazir maliyyəni dayandırdı - OLAY

img

09-10-2014 [16:14]


Sabirabadın icra başçısı Nazim İsmayılovla idarə rəisi arasında ciddi konflikt yaşanır. 

Daxil olan informasiyada bildirilir ki, rayon ərazisində inşa edilən «ASAN Xidmət” mərkəzinin binası ilə bağlı icra başçısı ilə yerli məmurlardan birinin arasında yaranmış insident artan müstəvidə davam edir. Konflikt isə buradan başlayıb: 

"Rayonun maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşovun bacısı oğluna məxsus olan dükanın ərazisi dövlət ehtiyacı üçün istənilib. İcra başçısı maliyyə idarəsinin rəisindən dükanı kompensasiya ödənilmədən sökülməsini istəyib. Lakin mülkiyyətçi buna razı olmayıb.

Məlumata əsasən icra başçısı Nazim İsmayılov ciddi şəkildə israr edərək dükanın sökülməsinə nail olub. Lakin sonradan bəlli olub ki, rayonun maliyyə idarəsinə həmin sökülmüş dükana görə ko
mpensasiya sənədləri daxil olub. Daxil olan informasiyalara görə, bundan sonra maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşov kompensasiyanı icra başçısından xəbərsiz olaraq bacısı oğluna verib. Hətta icra başçısının bu təhdidi ilə bağlı Bakıya da məlumat ötürüb. Bundan sonra isə Sabirabadda bütün tikintilərin davam etdirilməsi üçün ayrılan vəsaitlər dayandırılıb. Hətta rayonun girişində inşa edilməkdə olan Mərkəzi Xəstəxananın binasının da tikintisi dayandırılıb. 

Məlumatlara əsasən icra başçısının yaxın zamanlarda yola salınacağı səbəbindən cari il üçün büdcədə nəzərdə tutulan infrastruktur layihələri də təxirə düşüb.
 

Bu informasiya ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA