Ilham Əliyevlə Sarksyanın görüş tarixi bilindi

img

09-10-2014 [15:45]


Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş oktyabrın 27-də Parisdə olacaq. 

Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib ki, prezidentlərin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə cəhd göstərir. Bu məqsədlə Fransa prezidenti Fransua Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərini görüş keçirməyi təklif edib. 

Xatırladaq ki, Prezident İlham Əliyev və Prezident Serj Sarkisyan ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə sentyabrın 4-də Uelsdə görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (ans press)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA