Zakir Həsənov generala yeni vəzifə verdi-TƏYİNAT

img

09-10-2014 [15:21]


AzərbaycanMüdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub.
Mia.az xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki,NATO-nun Brüsseldəki Qərargahında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi,general-mayorHüseyn Mahmudov Müdafiə Nazirliyində vəzifəyə təyin olunub.

Bildirilib ki, general-mayor H.Mahmudov sentyabr ayının sonlarında Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb. İdarənin keçmiş rəisi, general-mayor Ramiz Nəcəfov isə məzuniyyətə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA