Bakıda silahlı insident baş verib, 6 nəfər yaralandı - FOTOLAR

img

09-10-2014 [09:23]


Bakının Xətai rayonunda qonşular arasında yaranan mübahisə qanlı sonluqla bitib.

APA-nın məlumatına görə, hadisə rayonun Nazim Şükürov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Əkbərov qonşusu Şaiq Quliyevlə 8 ay əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onların həyətinə gedib.
Şaiqin maşında olduğunu görən Sənan Əkbərov avtomobilə arxadan "Vinçestr” tüfəngi ilə atəş açıb. Atışma səsinə gələn Sənanın qardaşı Rauf Əkbərov, atası Şahəddin , həyat yoldaşı Təzəgül Əliyeva və Şaiqin yaxınları arasında dava olub. Əkbərovlar ailəsinin hər üç üzvünə xəsarət yetirilib.
Yaralılar yaxınları tərəfindən dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə polis bölməsinin əməkdaşları gəliblər. Polislər maddi sübut kimi hadisə yerindən güllə gilizləri və 1 ədəd xəncər götürüb. Daha sonra şahidlərdən bir neçəsi izahatları alınması üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA