Eldar Əzizovun xanım müavini pul yığır - İDDİA

img

08-10-2014 [23:24]


Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva üçün dərs ilinin başlanması ilə əlaqədar Sumqayıtda fəaliyyət göstərən bağçaların müdirlərindən 50 manat pul yığılıb.

Bu barədə Sumqayıt şəhər sakini, bağçalardan birində müəllimə işləyən Nəsibə Zeynalova adında «Facebook» sosial şəbəkə iştirakçısı məlumat yayıb. N. Zeynalova iddia edir ki, başçının müavini üçün bağça müdirlərindən pulu Sumqayıt şəhər təhsil şöbəsinin işçisi Maral adlı xanım yığıb.

«Facebook» istifadəçisinin yaydığı məlumatda həmçinin iddia edilir ki, müəllimlər günü və qurban bayramı ilə əlaqədar olaraq yenidən bağça müdirələrinin hər birindən 100 manat yığılıb və yığılan vəsait başçının xanım müavininə çatdırılıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ayaz İmaməliyev bildirdi ki, yayılan xəbərlər həqiqətəuyğun deyil: "Belə xəbərləri ciddiyə almırıq. Bir Facebook istifadəçisinin paylaşdığı xəbərə əsasən, boş və əhəmiyyətsiz bir məqaləyə nə münasibət bildirəcəyik?”(xeberle.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA