08-10-2014 [11:15]
Son günlər Heydər Əliyev adına Hava Limanında ilginc "təhlükəsizlik” tədbirləri görülür. Bakıya gələn hər kəs bir neçə mərhələli yoxlama prosesindən keçirilir. Gömrükçülər yerli-xarici turist arasında fərq qoymadan ölkəyə girən hər kəsi təpədən-dırnağa, kəmərlərinin, ayaqqabılarının içinə qədər yoxlayır.
Təyyarədən düşən, evinə gedən sərnişin üçün bu cür həssas yoxlama məntiqli görünmür. Sərnişinin təyyarəyə minmədən öncə bütün yoxlama prosedurlarından keçdiyini nəzərə alanda ikiqat-üçqat, təkrar yoxlamanın hansı səbəbdən yarandığı sual doğurur.
Sözügedən mövzu ilə bağlı müşahidələrini "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da sosial şəbəkədəki statusunda belə paylaşıb: "Gömrükçülərimiz ovçu kimi marığa yatıblar... Başqa harada var, təyyarədən düşənləri (əşyalarını və həm də özlərini) yoxlayıb şəhərə buraxmaq? Bəzilərini iki dəfə aparatdan keçirib, sonra da əl detektoru ilə diqqətlə yoxlayırlar. Bakı da təyyarədir?”
R.Arifoğlunun bu irad-statusuna sosial şəbəkədə münasibət bildirənlərdən biri də Azərbaycan Kültür Dərnəyi rəhbərlərindən biri olan İsa Yaşar Tezel olub. İ.Y.Tezel bu hadisə ilə bağlı öz başına gələnləri belə yazıb: ""Azərbaycanın 1000 mahnısı” adlı kitab vardı əl çamadanımda. Polis soruşdu ki, sizdə kitab var. Dedim, hə. Dedi ki, görməliyəm. Çamadanı açıb göstərdim. Çoxbilmişlər kimi kitabı incələdi. Nə axtarırdı, bir məna verə bilmədim. Sonra dedi ki, çamadanda daha nəsə var. "Bəli, bir şərab qədəhi hədiyyə veriblər” dedim. Onu da görməliyik dedilər. Açıb göstərdim. Dedilər ki, bu, əntiq əşyadı? Dedim, yox, etiketi də üstündədir, mağazadan alınıb (Novella xanım hədiyyə etmişdi). Çox çətinliklə razı saldım. Bax belə. Deyirlər ki, Bakıdan alış-veriş etməyin. Xərcləmək üçün gətirdiyiniz pulları yenidən geri qaytarın. Və özümə söz verdim. Qismət olsa, Bakıya yenidən gəlsəm, burdan bir çöp də almayacağam. Heyf, çox heyf"
AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev isə "Yeni Müsavat”a açıqlamasında dedi ki, təhlükəsizlik nöqteyi-nəzərdən yoxlamalar qaçılmazdır. Onun sözlərinə görə, İraqda, Türkiyənin cənub hissəsində olan hadisələr, onun Azərbaycanla bağlılığı kimi detallar təhlükəsizliyi gücləndirməyi vacib edir: "Həmin yoxlamaları bu cür əsaslandırmaq olar. Amma bunlar etik nöqteyi-nəzərdən mədəni davranışla aparılmalıdır. Təkrar-təkrar yoxlamalar olmamalıdır. Bu prosedur elə peşəkar adamlar tərəfindən aparılmalıdır ki, problem çıxmasın. Bu, siyasi cəhətdən mənfi vəziyyət yaradır”.
Müsahibimiz iqtisadi baxımdan bu yoxlamaların açılışını da izah etdi. Dedi ki, iqtisadi nöqteyi-nəzərdən ölkəyə gətirilən malların nomenklaturası, qiyməti ciddi araşdırma predmeti sayılır: "İnsan ölkədən 5 min dollarla çıxır, amma 50 min dollarlıq hədiyyə ilə gəlir. O zaman da suallar çıxır ortaya: niyə ödəməmisən o rüsumları? Bu hədiyyə sənə nəyə, hansı işinə görə verilib? Bunlar açıqlanmalıdır. Bu, ölkənin siyasi-iqtisadi təhlükəsizliyinə xələl gətirir. Çünki insanı belə şeylərlə şirnikləndirib, Azərbaycan dövlətinin əleyhinə yönəldirlər”.
AZAL-ın keçmiş prezidenti hesab edir ki, bütün bu suallara, narahatçılığa baxmayaraq təhlükəsizlik hamının birbaşa yoxlanması şəklində yox, seçim əsasında olmalıdır: "Kimdən şübhələnirlər? Gömrük, polis orqanları, MTN elə effektiv işləməlidir ki, ancaq şübhəli bildikləri adamı yoxlamalıdırlar. Heç bir istisna qoymadan yoxlama aparmaq doğru deyil”.
Müsahibimiz xatırlatdı ki, sərhəd keçid məntəqəsində yaşıl koridor anlayışı var. Əşyalarında şübhəli heç nə olmadığından əmin olan şəxslər həmin koridor vasitəsilə keçirlər: "Qırmızı koridordan keçənlər isə əşyalarının yoxlamadan keçirilməsinə razı olurlar. Bundan başqa, hava limanında avadanlıqlar var. O avadanlıq hər bir təhlükəli əşyanı ortaya çıxarır, onu monitorda göstərir. Bununla da üzə çıxarır ki, sərnişinin çantasında qorxulu bir şey var, ya yox. Hamının yoxlanması ciddi narazılıq yarada bilər və yaradır da”.
Ə.Əliyev əlavə elədi ki, hazırda texnikanın imkanları caniləri, qanunu pozan şəxsləri dərhal müəyyənləşdirməyə, insanın göz rəngindən tutmuş bəbəyinə qədər onun cinayətkar olub-olmadığını üzə çıxarmağa imkan verir: "Amma bu cür ifrat yoxlamaların sistemləşməsi sərnişinlərin Azərbaycana uçmaqdan imtinası ilə nəticələnə bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi