07-10-2014 [19:49]
Sabunçuda yaşayan onlarla ailənin həyatı təhlükədədir. Çünki onların yaşadığı evlərin altında olan qayalığın bir hissəsi bir neçə gün əvvəl uçub. Burada elə vəziyyət yaranıb ki, hətta adicə yağış da hər an böyük faciəyə səbəb ola bilər. Aidiyyəti qurumlar isə hələ ki, heç bir tədbir görmür.
Bir neçə gün əvvəl Sabunçu rayonu ərazisində, dəmiryolu vağzalının yaxınlığında olan qayalığın bir hissəsi uçub. Qayalıqların üzərində tikilmiş evlərdə yaşayan sakinlər bu üzdən təşviş içindədir. Onlar evlərinin hər an uça biləcəyindən qorxur.

Haqqında danışdığımız ərazi Sabunçu dəmiryol vağzalından 200-300 metr məsafədə yerləşir. Bir neçə cərgə dəmiryolu relslərinin keçdiyi bu ərazinin hər iki tərəfi hündür qayalıqdır. Qayalıqların üstündə isə onlarla fərdi yaşayış evi tikilib.
Həmin evlərin sakinlərinin virtualaz.org saytınınmüxbirinə verdiyi məlumata görə, qayalığın bir hissəsi hələ 3-4 həftə əvvəl uçub. Növbəti uçqun isə bir neçə gün əvvəl baş verib. Buna görə də qayalıqların arasından keçən 3 dəmiryolu xəttindən biri - uçqun baş verən əraziyə daha yaxın olan xətt bağlanıb. Artıq həmin xətdə qatarların hərəkətinə icazə verilmir. Uçqunlar baş verəndən sonra dəmiryolunun bu hissəsindən keçən qatarlar sürət həddini də maksimum azaltmağa məcbur olub.

Narazı sakinlərin sözlərinə görə, uçqunlara səbəb yağışların yağması və ərazidən keçən qatarların yaratdığı vibrasiyadır.
"Yağış yağanda burada xırda sürüşmələr olur. Torpaq və qayalıq boşalır. Qatarlar hərəkət edərkən isə evlər möhkəm silkələnir. Həmçinin evlərin altında olan qayalar da tərpənir. Burada əvvəllər də xırda uçqunlar olurdu. Amma budəfəki uçqun böyük oldu, çox təhlükəlidir. Növbəti uçqun burada çox böyük faciəyə, hətta çoxsaylı insan tələfatına səbəb ola bilər” - deyə təlaş içində olan sakinlər bildirir.
Qeyd edək ki, bu dəmiryol xətlərindən gün ərzində Sumqayıta qatarlar hərəkət edir. Moskvaya gedən qatarların da bir hissəsi bu yoldan keçir. Bu yollar gün ərzində bir neçə yük qatarını da ötürür.

Sakinlərin sözlərinə görə, indi bu dəmiryol xətlərindən bir neçə il əvvəl olduğu kimi intensiv istifadə edilmir. Əvvəllər buradan daha çox qatar keçirmiş, indi isə yox.
Virtualaz.org saytının müxbiri sakinlərin şikayəti ilə bağlı qeyd edilən ərazidə olub. Buradakı mənzərə həqiqətən də dəhşətlidir. Ərazidə olan evlər necə deyərlər, uçurumun düz kənarındadır. Burada baş verəcək növbəti belə uçqun daha böyük faciəyə səbəb ola bilər.
Uçqun zonasında maraqlı bir faktın da şahidi olduq. İlk uçqun baş verəndə relslərin üzərinə tökülən iri qaya parçaları dəmiryolçular tərəfindən yük qatarının vaqonlarına yığılıb. Həmin yük qatarı isə həftələrdir Sabunçu vağzalında gözləyir. İkinçi uçqundan sonra isə heç bir iş görülməyib.

Sakinlərlə söhbətimizdə o da bəlli oldu ki, məlum hadisələr baş verəndən sonra aidiyyəti qurumlardan heç kim əraziyə gələrək vəziyyətlə, burada yaşayan insanların taleyi ilə maraqlanmayıb.
Uçurumun bir addımlığında yaşayan insanlar heç bir təhlükəsizlik tədbirlərinin görülməməsindən narahatdır. Bir neçə gündür yağan yağışlar onların qorxu və narahatlığını birə-beş artırıb.

Vəziyyət isə təkcə təhlükəli olmaqla qalmır, həm də ağırlaşır. Bu insanlar ya bu evlərdən köçürülməlidir, ya da hansısa təhlükəsizlik tədbirləri görülməlidir. Əks halda baş verəcək növbəti uçqun dəhşətli faciəyə səbəb ola bilər.
İş günü olmadığından sakinlərin şikayətini müvafiq qurumlara - Sabunçu Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və "Azərbaycan Dövlət Dəmir Yolları” ASC-yə çatdıra bilmədik. Onların da mövqeyini işıqlandırmağa çalışacağıq.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi