Holland pendirinin içindən telefon çıxdı- Fotolar

img

07-10-2014 [16:36]


Azərbaycanda cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb.

"Qafqazinfo” Penitensiar Xidmətinin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 371-2.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş, məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gələn anası, Naxçıvan sakini Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd "Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA