Azərbaycana qar yağdı

img

07-10-2014 [12:32]


Azərbaycanın şimal bölgəsində yaşayış məntəqələrinə ilk qar yağıb.


Yağıntı əsasən Quba və Qusar rayonları ərazisinə düşüb.

Qubanın Xınalıq, Qırız, Əlik, Qırız dəhnə, Qusarın Ləzə, Sudur və s. kəndlərində yaşayış məntəqələrinə qar oturub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya şöbəsindən verilən məlumata görə, Xınalığa 10, Qırız kəndə 2 sm qar düşüb.

Qeyd edək ki, hazırda bölgəyə qar yağıntısı davam edir. Bundan öncə isə Qax və Qəbələnin dağlarına qar yağmışdı. (anspress)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA