Bu gün yağış yağacaq, temperatur enəcək

img

07-10-2014 [12:16]


Bu gün Azərbaycan ərazisində külək güclənəcək, havanın temperaturu 4-6 dərəcə enəcək, bəzi yerlərdə intensiv yağış yağacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə,  oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında gecə və gündüz havanın temperaturu 11-16 dərəcə isti olacaq.Azərbaycanın bölgələrində oktyabrın 7-də yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.

Temperaturun gecə 10-14, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 1-5, gündüz 5-8 dərəcə isti təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA