İlham Əliyev ingilis nümayəndə heyətini qəbul edib

img

07-10-2014 [12:13]


Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb. 

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA