Bakıda cəmi 116 hektar yaşıllıq var - Ekoloji fəlakət

img

06-10-2014 [19:42]


Bakının Regional İnkişaf Planında paytaxtın ekoloji durumunun yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə AzərTAc-a müsahibəsində bildirib.

C.Qocayev deyib ki, paytaxtın mərkəzi hissəsinin müfəssəl planı işlənəndə bu ərazidə cəmi 116 hektar yaşıllığın olduğu ortaya çıxıb. "Bu isə meqapolisə çevrilən müasir Bakı üçün çox aşağı rəqəmdir. Bunun həlli paytaxtın müfəssəl planında öz əksini tapıb. Belə ki, plana əsasən paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün yaşıllığın 3 dəfə artırılması təklif olunur”, - deyə o qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA