Adı "qara siyahı"da olan icra başçıları - SİYAHI

img

06-10-2014 [18:44]


Yaxın günlərdə bir sıra rayonların icra başçıları vəzifələrindən uzaqlaşdırılacaq. Bununla bağlı qəzetimizə daxil olan informasiyaya görə, siyahıda bir neçə rayonun icra strukturunun rəhbərinin adı var. Həmin məmurların tutduqları postlarda çalışdıqları müddətdə onlara edilən etimadları kifayət qədər doğrultmamaları, vətəndaşların şikayət və ərizələrinin sayının çoxalması, bir sıra rayonların sosial problemlərinin həll edilməməsi icra başçılarının adlarının vəzifələrindən kənarlaşdırılacaq şəxslərin siyahısına düşməsinə səbəb olub

"Gündəlik Bakı"nı məlumatlandıran şəxsin sözlərinə görə, vəzifələrindən uzaqlaşdırılacaq məmurlar Bakının Xətai, Nəsimi, habelə Göyçay, Gədəbəy, Cəlilabad, Cəbrayıl, Yevlax, Zərdabın icra hakimiyyətinin başçılarıdır. Xətai rayonunun icra başçısı Razim Məmmədov, Göyçayın icra strukturunun rəhbəri Mənsur Məmmədov, Zərdabın icra orqanının başçısı Lütvəli Babayev, Cəlilabadın icra hakimiyyətinin başçısı Əziz Əzizov, Cəbrayılın icra rəhbəri Mahmud Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Gədəbəyin başçısı Ramiz Yediyarov, ağacların yaşıllıqların nadir növlərinin kəsildiyi Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev vəzifələrindən kənarlaşdırılacaqlar. Əldə etdiyimiz xəbərlərdə qeyd olunur ki, bu icra başçıları bir daha heç vaxt hər hansı vəzifəyə təyinat almayacaqlar. 

Məlumata görə, Bakının Nəsimi, Xətai, habelə  Zərdab rayonlarının icra başçılarının adları ön sırada gəlir.

Xətai rayonunda günü-gündən artan narazılıqlara biganə münasibətin əsas səbəbi icra başçısının başının bir sıra məsələlərə qarışmasıdır. Buna görə də Razim Məmmədovun vəzifəsindən kənarlaşdırılacağı gözlənilir: "Bir neçə həftə bundan əvvəl Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Heydər Əliyev Fondundan kütləvi informasiya vasitələrinə verilən məlumata görə, mətbuatda Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə dərc olunan informasiya araşdırılarkən yazılanların həqiqətə uyğun olduğu üzə çıxdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə oldular. Qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dərhal dayandırıldı. Dövlət nümayəndələri də ərazidə oldular. Hadisə ilə bağlı ciddi araşdırmaya başlanıldı".

(Gundəlik-Bakı).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA