İcra Hakimiyyəti 12 min, deputat isə 2500 nəfərə qurban əti payladı - FOTOLAR

img

05-10-2014 [17:40]


İslam aləminin xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunur.


Bayram münasibəti ilə Qaradağ rayonu , Lökbatan qəsəbəsi, Meyvəli adlanan ərazisində və Sahil qəsəbəsində Kənd Təsərrüfatı  Nazirliyi tərəfindən qurbanlıq qoyunların satış yarmakası təşkil edilir. Bundan əlavə, rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 12000-ə yaxın nəfər aztəminatlı ailəyə qurban payı və ərzaq yardımı verildi. Bundan başqa Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən də 2500 nəfərə yaxın ailəyədə qurban payları paylandı.

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə sağlamlıq imkanları məhdud şəxslərin, əlil, veteran və digər bu qəbildən olan ailələrin evlərinə baş çəkildi, onlara bayram sovqatı verilərək problemləri ilə maraqlanıldı.

Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirdilər.




 

















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA