Ermənilər Tərtərdə 31 yaşlı mülki şəxsi vurdular- Fotolar

img

04-10-2014 [22:28]


Ermənilər Tərtərdə mülki şəxsi vurublar.

"Qafqazinfo”ya yerli İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun cəbhə bölgəsində yerləşən Qapanlı kəndində baş verib.

Ermənilərin açdığı atəş nəticəsində 31 yaşlı kənd sakini Quliyev Alqayıt Qasım oğlu güllə yarası alıb.

O, ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, sakinlər həmin ərazidə bir neçə gün bundan əvvəl düşmən tərəfindən vurulan traktoru götürmək istəyərkən atəşə məruz qalıblar.

Sözügedən texnika təhlükəli ərazidə artıq bir neçə gündür ki, qalır.

Anar Həşimov



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA