Komi Azərbaycanlıları növbəti dəfə təltif olundu

img

04-10-2014 [16:46]


Komi Respublikası üzrə Azərbaycan cəmiyyətinin sədri Həsən Qasımov növbəti dəfə Uxta şəhər 2 saylı məktəb-internat evinin rəhbərliyi tərəfindən təltif olunub.

Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, Həsən Qasımov bu günlərdə məktəb-internatın direktoru Anatoliy Tançinski etdikləri hərtərəfli yardım və göstərdikləri dəstəyə görə xüsusi diplomu cəmiyyətin sədrinə təqdim edib.

1998-ci ildən bəri Komidə fəaliyyət göstərən Azərbaycan cəmiyyəti Respublikanın ictimai həyatında fəal iştirak edərək öz töhvələrini verir. Mütəmadi olaraq, xüsusən bayram günlərində cəmiyyətin fəalları xeyriyyə kampaniyaları keçirərək müxtəlif internatlara, uşaq evlərinə və veteranlara yardım edirlər. Məhz bu məhsuldar fəaliyyətin bəhrəsidir ki, Komi Respublikasının müxtəlif dövlət orqanları Azərbaycan cəmiyyətini tanıyır və qiymətləndirir.

Cəmiyyətin sədri Həsən Qasımov bildirib ki, bu diplom onun üçün artıq axarıncıdır və əslində onun yox, ümumillikdə azərbaycanlıların adınadır.

"Biz Azərbaycan cəmiyyəti olaraq hər zaman ölkə hüdudlarından kənarda xalqımızı layiqincə təmsil etməyə, adını ucaltmağa çalışmışıq. Şükürlər olsun ki, hər yerdə olduğu kimi Komidə də öz kimliyini, kökünü unutmayan çoxlu sayda azərbaycanlılar var ki, məhz onların sayəsində artıq 16 ilə yaxın bizim cəmiyyət yaşayır. Onlar cəmiyyət ətrafında sıx birləşiblər”, - deyə Həsən Qasımov söyləyib.

"Bizim cəmiyyətin çoxlu sayda fəal üzvləri var, onlardan Hacı Adışirin Məmmədov, Hacı Əli Məmmədov, Hacı Aşur Ağayev, Elçin Qədimov, Azər Rüstəmov, Məzahir Babayev, Qadir İbrahimov və digər adını çəkmədiyim şəxslər. Onların hər biri cəmiyyətimizin inkişafında əvəzsiz rola malikdirlər”

Xatırladaq ki, Komi Respublikasında Azərbaycan cəmiyyəti 1998-ci ildən aktiv fəaliyyət göstərir.



Rəşid Mustafazadə, Komi Respublikasında Azərbaycan cəmiyyətinin nümayəndəsi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA